6.8.11

Dünya milyarderlərinin siyahısını açıqlandı

Dünyanın məşhur maliyyə nəşrlərindən olan "Forbes" dünya milyarderlərinin növbəti siyahısını açıqlayıb.
 
ANS PRESS-in məlumatına görə, siyahının zirvəsində yer alan meksikalı sahibkar Karlos Slimin varidatı ötən ayla müqayisədə səkkiz milyard dollar azalıb. Buna səbəb ona məxsus “America Movil” telekommunikasiya şirkətinin səhmlərinin 6,9 faiz düşməsi olub. İndi meksikalı milyarderin şəxsi büdcəsi 63 milyard dolar təşkil edir.

"Forbes"in reytinq siyahısının ikinci və üçüncü pillələrində qərarlaşmış Bill Qeyts və Uorren Baffetin də varidatının həcmində azalma müşahidə edilib. Qeytsin korparasiyası “Microsoft”un səhmləri 5,3 faiz, Baffetin sığorta-infestisiya şirkəti olan “Berkshire Hathaway”ın isə səhmləri 4,3 faiz ucuzlaşıb. Ancaq bütün bunlara baxmayaraq dünyanın öndə gələn milyardləri yenə də mövqelərini qorumağa müvəffəq olublar.

No comments:

Post a Comment