2.11.11

“Eurovision-2012”nin milli seçimlərinin ilkin dinləmələri başlayır



“Eurovision -2012”nin milli seçim turuna sənəd verən iştirakçıların ilkin dinləmələri başlayır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov Gün.Az-a bildirib ki, bununla əlaqədar sənədləri gəbul olunan 119 nəfər iştirakçı noyabrın 3-dən 7-dək İTV-də ilkin dinləmələrdən keçəcək.



İştirakçılar üç qrupdan ibarət olacaq. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək iki mahnı ifa etməlidir.

Bu dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İTV-nin canlı efirində yarışacaq.

Milli seçimin ötən ilki qayda ilə aparılacaq.

Azərbaycanın Eurovision-2012 təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.


gun.az

No comments:

Post a Comment