19.12.11

Bu gündən "Eurovision-2012" Milli Seçim turunun 4-cü həftəsi başlayır


Milli seçim turlarının 4-cü həftəsində Azərbaycanı 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.


Bu həftənin iştirakçıları aşağıdakılardır:


- Orxan Nəsibov
- Emin Həsən
- Empathy
- Renat Aslanov
- Nigar Babayeva
- Nadejda Mikayılova
- Fəqan Səfərov
- Kamran Əzizov
- Rəna İmaməliyeva.

Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən, bu gün onlar dünya estradasından mahnıları ifa etməlidirlər.

Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ” Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır. Həftənin qalibi, milli seçim turunun 4-cü yarımfinalçısı cümə günü müəyyən ediləcək.

Milli.Az

No comments:

Post a Comment