Bu kitabı oxumamaq mümkün deyil.Müasir dövrümüzün ən istedadlı yazıçılarından olan İrvin Uelşin bu əsərində komaya düşmüş gənc Roy adlı oğlandan bəhs olunur.O, iki dünyada yaşayır.Birincisi, qəddar və vulqar danışıq dilində təsvir edilmiş həqiqi dünyada.İkincisi,saf və təmiz, ingilis aristokratının dili ilə ifadə olunmuş fantaziyalarının təxəyyülü olan dünyada.Bir dünyada o alçaq,pozğun və qəddar, digər dünyada isə Marabu Leyləyinin ovuna çıxmış əsl ingilis aristokratıdır.Əsərin sonluğu elə gözlənilməz və dəhşətlidir ki, oxuduqdan sonra uzun müddət özünə gələ bilmirsən.Bir sözlə, bu kitabı yükləyin və oxuyun.
Kitabı buradan yükləyin.
Kitabı buradan yükləyin.
No comments:
Post a Comment