Universitetdə Azərbaycan bayrağına hörmətsizlik edilib

Bir müddət öncə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib. Tədbiri universitetin rektoru, professor Kamal Abdulla açaraq Berti Foqtsu salamlayıb, onunla görüşün tələbələrin böyük marağına səbəb olduğunu bildirib. Millimizin baş məşqçisi çıxış edərək bu tədbirin təşkilatçılarına təşəkkür edib.
Qonaqla foto çəkimi zamanı rüsvayçı fakt üzə çıxıb. Belə ki, Azərbaycan Respublikasının dövlət rəmzi olan bayrağımız çubuğa tərs taxılıb! Bu isə açıq-aşkar dövlət bayrağımıza qarşı hörmətsizlik əlamətidir.

//mix.az

No comments:
Post a Comment