| | | | | | Milli.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, İngiltərənin Kolçester şəhər məhkəməsi bir neçə dükandan oğurluq etməkdə ittiham edilən şəxsi həbsxanaya yollamamağı qərara alıb. Səbəb isə oğrunun Lora adlı ac pişik barədə hekayətini dinləməsidir.
İlk əvvəl hakim 55 yaşlı Stiven Toru etdiyi cinayətlərə görə həbsxanaya salmaq qərarına gəlib.
Lakin müttəhimin vəkili bildirib ki, əgər Tor həbs edilərsə, onun pişiyinə baxan olmayacaq. "Bu pişik acından ölə bilər. Heyvan səhərdən bəri heç nə yeməyib. Torun mənzilində Loranın çölə çıxması üçün xüsusi yer olmadığından pişik özbaşına çölə çıxaraq yemək axtarışlarına yollana bilməz", - vəkil deyib.
Məhkəmənin qərarına görə, cinayətkar 75 funt-sterlinq məbləğində cərimə ödəməli və qapıda pişiyin çölə çıxması üçün xüsusi yer düzəltməlidir.
"Bundan sonra oğurluq etmək istəyəndə pişiyiniz barədə düşünün", - hakim bildirib. |
No comments:
Post a Comment