18.4.11

Şakira və Pikenin birgə gəzintisi



Kolumbiyalı müğənni Şakira ilə İspaniyanın “Barselona” klubunun futbolçusu Cerard Pike artıq bir-birilərini sevdiklərini gizlətməyə ehtiyac duymur. 
 

Lent.az-ın məlumatına görə, cütlük ötən gün Barselona şəhərindəki bir restoranda yemək yeyib. Onlar yemək zamanı ətrafdakıların maraqlı baxışlarına əhəmiyyət vermədən öpüşdükdən sonra əl-ələ romantik yürüş ediblər.


Şakira ötən həftə sevgilisi üçün “Twitter”ə “Gün işığım” yazıb. Argentina prezidenti Fernando de la Ruanın oğlu Antonio de la Ruadan yanvarda ayrılan Şakira Pike ilə 2010-cu il dünya çempionatında “Waka Waka” mahnısına klip çəkilişi vaxtı tanış olub.


Mənbə : Lent.az

No comments:

Post a Comment