18.4.11

Stüardessalara kunq-fu öyrədilir

Döyüş növündən istifadə onlara sərxoş sərnişinlərlə mübarizədə yardımçı olacaq

  



Çinin Honk Konq şəhərində təyyarə stüardessalarına təlim keçirilir. “Honk Konq Hava Yolları” öz işçilərini özünümüdafiə üçün döyüş növü olan kunq-fu kurslarına göndərmək qərarına gəlib. Şirkət rəhbərliyinin sözlərinə görə, bu idman növündən istifadə stüardessalara sərxoş və ya başqa sözə qulaq asmayan sərnişinlər ilə mübarizədə kömək olacaq.
“Honk Konq Hava Yolları”nın rəsmisi Yeva Çanq hər həftə təyyarələrdə sərnişinlərin iştirakı ilə ən azı 3 insidentin baş verdiyini bildirib. Bir neçə gün öncə isə stüardessalardan biri Pekin-Honk Konq reysində öz döyüş bacarığından istifadə etmək məcburiyyətində qalmışdı.
Təlimatçı Katerina Çen bu döyüş növünün hava nəqliyyatı üçün ideal olduğunu qeyd edib. “Vin-çundan kiçik məkanlarda istifadə etmək olar. Bu səbəbdən sözügedən döyüş növü təyyarə üçün idealdır“.

Mənbə: Qaynar.info

No comments:

Post a Comment