24.4.11

Yaponiya alternativ paytaxt tikəcək


Yaponiya hökuməti yeni paytaxt yaratmağın mümkünlüyünü nəzərdən keçirir. 

Lent.az-ın “KİODO” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Tokio zəlzələ nəticəsində dağılarsa, hökumətin işi iflic olarsa, yeni paytaxt mütləq lazımdır.


Hökumət ən azı 2 ehtiyat variantın olmasının tərəfdarıdır. Hazırda 200 nəfər hakimiyyət və müxalifət deputatı əhalisi 50 min nəfər olacaq yeni şəhərin salınması ilə bağlı qanun layihəsi hazırlayır. Şəhərin tikintisinə bu il başlamaq planlaşdırılır.


Yaponiya mətbuatı alternativ paytaxtın Naqio rayonunda salınacağını yazıb. Beləliklə, əgər Tokio zəlzələ nəticəsində dağılarsa, hökumət qısa müddətdə yeni paytaxtda öz işini davam etdirməlidir.



Mənbə

No comments:

Post a Comment