10.5.11

Kralın baldızına pornofilm təklifi


Kral toyundan sonra ingilis mediasının diqqətini çəkən Şahzadə Uilyamın baldızı Pippa Midltona film təklifi gəlib.

Kulis.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “Vivid Entertainment” adlı pornofilm şirkətinin rəhbəri Stivn Hirç Pippaya məktub göndərib. Məktubda Hirç açıq danışıb: “Toyun ulduzu siz idiniz. Televiziyada sizi görəndə gözəlliyinizə valeh olmaqdan özümü saxlaya bilmədim. Bir açıq səhnəyə çəkilməyiniz üçün 5 milyon dollar ödəməyə hazıram. Uğurlu bir ulduz olacağınıza əminəm”.

Pippa Midlton şahzadə Uilyamın həyat yoldaşı Keyt Midltonun bacısıdır. İngilis idmançı ilə nişanlı olan Pippanı kral toyundan sonra hətta şahzadə Harriyə də yaraşdıranlar olmuşdu.

Günel Əsgərzadə

No comments:

Post a Comment