29.4.11

Anar Məmmədxanov: Fotolar və Avtobioqrafiya

Anar belə Anar idi…-FOTO

Keçmiş millət vəkili, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun yoxluğuyla bizi altıgünlük zaman kəsiyi ayırır. Amma ölüm sevinməsin, qoy, Anarı sevənlər onu hələ də aralarında görüb hiss edirlər. Elə yaxınları, doğmaları, dostları da Anar haqqında keçmiş zamanda danışmırlar. Dünən onun mənzilində olarkən bunun şahidi olduq. Bizi etiramla qarşılayan mərhumun həyat yoldaşı İradə xanım kövrək şəkildə bizi içəri dəvət etdi.

Digər yas mərasimlərindən fərqli bir atmosfer vardı Anarın evində. Mərhumla bağlı xatirələrindən danışan yaxınları acılarını ifadə edəndə belə çöhrələrində təbəssüm yaranırdı. Masa arxasında oturan hər kəs, anası Səidə xanım, ömür-gün yoldaşı İradə xanım, qonşuları Lalə xanım, bir sözlə, hər kəs Anar haqqında təbəssümlə danışdılar, hətta onun barəsində bəzi əhvalatları eşidəndə gülməkdən özümüzü güclə saxladıq. Çünki bu təbəssümü Anar onlara yadigar olaraq qoyub getmişdi… Biz onun mənzilində elə bir atmosferin şahidi odduq ki, bu atmosfer yalnız şən, hazırcavab Anarın bir vaxtlar yaşadığı, nəfəs aldığı bu məkana xas ola bilərdi.

Bu əhvalatları sizə danışacağıq, amma gəlin sizi əvvəlcə heç vaxt kədərli olmağı sevməyən Anarın Tanrıya qovuşacağı vaxtdan iki gün əvvəl «Əlvida» mahnısını oxuyub doluxsunmasından xəbərdar edim. Sonuncu dəfə ailəsi ilə birgə qohumlardan birinin toy məclisində iştirak edib. «Mən «Əlvida» mahnısını oxumaq istəyirəm»-deyə israr etdikdən sonra mikrafonu əlinə alıb və özünəməxsus tərzlə oxuyub. Səsi və hətta musiqi duyumu zəif olan Anar mahnını o qədər ürəklə oxuyub ki, hamını kövrəldib. Elə dünyadan köç edəcəyi gün də yolu toy məclisindən keçəcəkmiş. Toya məxsusi hazırlaşan Anar özünə kostyum da sifariş veribmiş. Amma heç o kostyumu əyninə geyinmək və həmin toy məclisinə getmək ona nəsib olmadı. Bəlkə də həmin toyda daha bir «Əlvida» oxuyacaqmış, amma bu «əlvida»nı mənzilində söyləməli oldu…
İradə xanım Anarla ilk tanışlığından danışır: «Deyim ki, aramızda böyük bir sevgi macərası yaşanıb, yox, sadəcə bizi bir-birimizlə tanış ediblər. Sonradan bir-birimizi bəyənmişik, nişanlanmışıq. Mən mayda doğulmuşam, o iyunda. Mən Anardan bir ay böyük idim. Qəribə xasiyyəti vardı, sərf edəndə, ya da lazım olan məqamda məni özündən böyük sayırdı, lazım olmayanda isə özündən kiçik sayırdı. Onunla harasa gedəndə sanki qoruyucu mələyim idi, bir an məni tərk etmirdi. Nikahımız kəsiləndə öz soyadımda qaldım. O da heç məcbur etmədi. Amma ölümünə iki-üç gün qalmış nədənsə birdən-birə mənə dedi ki, İradə bəlkə mənim soyadımı daşıyasan. Dedim ki, evliliyimizdən 17 il keçir, bu hardan ağlına gəldi? Özünəməxsus yumor hissiylə qayıtdı ki, bilirsən də, Məmmədxanov soyadı artıq brenddir. İndi anlayıram, niyə o soyadını daşımağımı istəyirdi».
Amma ölüm haqqında heç vaxt danışmağı sevməzmiş, heç vaxtsız bu dünyadan köç edəcəyini ağlına da belə gətirməzmiş. Anası Səidə xanım belə deyir: «Anar həmişə zarafatla deyirdi ki, doxsan yaşına qədər yaşayacam, çox uzunömürlü olacağam. Bizi də buna inandırmışdı, ona görə hələ də ölümünə inana bilmirəm. Mənə elə gəlir ki, o çox uzaqlara gedib və nə vaxtsa yenə bizim yanımıza qayıdacaq».
Qəribə idi ki, o cümə axşamı mərasimlərinə getməyi heç sevməzmiş. Həyat yoldaşı, hər dəfə kiminsə cümə axşamı mərasiminə getməyi ona xatırladanda bir cavab alırmış: «Dedin, mən də bildim». Yəni ki, «onsuz da getməyəcəm». Anasının dediyinə görə Anar hamını özünə dost sayırmış, onun düşməni bir olub: «yumor hissi olmayanlar».
İradə xanım isə danışır ki, harda bir yeni lətifə eşitsə, həmin gün Anarın şən hay-küyündən qulaq tutulurmuş: «Elə ki, bir lətifə eşitdi, mütləq telefonu əlinə alıb bir-bir bütün dost-tanışına zəng edib, həmin lətifəni danışardı. Özü də ucadan qəh-qəhə çəkərək. Evə həmin gün gələn olsa, mütləq Anarın yeni lətifəsini dinləyib gülməli idi. Vay o adamın halına ki, gülməsin. Anar dərhal ona məhəl qoymazdı. Bu insan hamıya pozitiv enerji paylamaq, sevinc öütrməklə özünü çox rahat hiss edirdi. Qanında idi bu xüsusiyyət».
Dostluqda sədaqətli idi Anar. Yaxın dostu məşhur rus aktyoru Aleksandr Abdulovun ölümü ilə heç cürə barışmaq istəmirmiş. İsraildə müalicə alan Aleksandr Abdulovun son ana qədər yanında olub. Aktyorun vəfatından sonra isə daim onun xanımı Yuliya ilə əlaqə saxlayıb, evinə qonaq gedərmiş. Yuliya xanıma həmişə dəstək göstərən Anar bunu özünə əsil qafqazlı borcu hesab edirmiş.
İradə xanım deyir ki, çox şən, deyib-gülən, zarafatcıl və qonaqpərvər idi Anar. Eyni zamanda da çılğın, emosional: «Anar hay-küysüz, qonaqsız süfrə başında özünü narahat hiss edirdi. Bir də gördün zəng edib kimlərisə evimizə dəvət edir. Bir xüsusiyyəti vardı, həmişə xörəkləri artıqlaması ilə bişirtdirirdi. Bazarlığı da üçqat edirdi. Deyirdim Anar, evdə var də, daha niyə bundan almısan? Deyirdi, bolluğu sevirəm, həm də bəlkə elə qonaqlamız oldu. Yeni il bayramını camaat bir gecə qeyd edəndə, bizim evdə on gün bayram keçirilirdi. Anarın tapşırığıyla masa həmişə bayram yeməkləri ilə dolu olurdu. Qonaqları isə o özü dəvət edirdi».
Mütaliəni çox sevirmiş. İradə xanım bizə onun son dəfə oxuduğu və üst-üstə qoyulan açıq kitabları göstərir: «Anar gecə-gündüz kitab oxuyurdu. Bir antikvar lampası vardı, gecələr yandırıb saatlarla kitab oxuyurdu. Özü də qəribə xasiyyəti vardı, bir kitabı oxuyub başa çatdırmamış, o birinə başlayırdı. Eyni vaxtda, fasilələrlə dörd kitab oxuyurdu».
Bəli, Anar belə Anar idi…

Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO
Anar belə Anar idi…-FOTO

1 comment:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete