19.4.11

Boks haqqında maraqlı faktlar

Boks dövrüüzün ən populyar idman növlərindən biridir.Ömründə heç olmasa bir boks döyüşünü izləməyən tapmaq çox çətindir.Sizlərə boks tarixindən olan bir neçə maraqlı faktı təqdim edirik.


Boksa bənzər idman növü eramızdan 4000 il əvvəl Şimali Amerikada yaranmışdır.
Qadınlar arasında ilk boks döyüşü 1904-cü il Olimpiya Oyunlarında demonstrativ formada keçirilmişdir.İyirminci əsrin böyük bir hissəsi boyunca qadınlar arasında boks yarışlarının keçirilməsi qadağan edilmişdir.Yalnız 1988-ci ildə İsveçin Həvəskar Boks Assosiasiyası bu yarışların keçirilməsini bərpa etmişdir.

Mayk Tayson ağır çəkidə dünya çempionluğunu 20 yaşında, super ağır çəkidə dünya çempionluğunu isə 21 yaşında olarkən əldə etmişdir.Mayk Tayson boks idmanı tarixində ən unudulmaz boksçulardan biridir.Onun döyüş zamanı Hollifild adlı boksçunun qulağını dişləməsini isə hələ də bir çoxları unuda bilmir.

Ağır çəkili Devid Tua cəmi 175 santimetr boya malik olmasına baxmayaraq, 18 illik karyerası ərzində heç bir dəfə də olsun nokdaunda belə olmamışdır.

Henri Ramstronq 3 çəki dərəcəsində çempion olmuş yeganə boksçudur.

Rokki Marçiano (Balboa) məğlub olmamış yeganə dünya çempionudur.Keçirdiyi 49 döyüşün 43-də Rokki nokautla qələbə qazanıb.

Aktyor Mikki Rurk kinodan gedərək professional boksçu olmaq qərarına gəlib.Bu sahədə böyük nailiyyətlər qazanmasa da xeyli sayda yumruq “yeyə” bilib..

Qədim yunan filosofu Platon bir neçə dəfə yumruq döyüşləri üzrə Olimpiya Oyunlarının qalibi olub.

Mənbə: Azeriportal.net

1 comment: