6.8.11

25 barmaqlı uşaq doğuldu - FOTO




İraqda 25 barmaqlı qız uşağı dünyaya gəlib.

Lent.az-ın “milliyet”ə istinadən verdiyi məlumata görə, qəribə uşaq İraqın Səlahəddin bölgəsinin Duzhurmatu kəndində dünyaya gəlib. Xəstəxanada doğulan körpənin əl və ayaqlarındakı barmaqların sayı ümumilikdə 25-ə bərabərdir. Ula Məhəmməd Xalid adı verilən uşağın sol əlində 7, sağ əlində və hər iki ayağında isə 6 barmaq var.

Uşağın həkimi Xəlil Bəyatlı bildirib ki, qızcığazın bədəninin digər hissələrində heç bir anormallıq yoxdur. Bu səbəbdən də onun həyatı üçün təhlükə yoxdur. Artıq barmaqlar isə cərrahi əməliyyatla götürüləcək.

No comments:

Post a Comment