6.8.11

“Hyundai Equus” “ən cəlbedici avtomobil” seçilib - Foto


“Hyundai Equus” “2011 J.D. Power APEAL” araşdırmasının qalibidir.
Bu barədə Gün.Az-a “Hyundai Auto Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Firdovsi Xəlilov bildirib.

Onun sözlərinə görə, bu araşdırmada avtomobil sahiblərinin 80-dən artıq avtomobil atributu ilə əlaqədar fikirləri öyrənilir.

“2011-ci il fevral və may ayları arasında keçirilən “2011 APEAL” araşdırması 76 mindən çox 2011 model yeni avtomobil və yük maşını alıcılarından toplanan məlumatlara əsaslanır. Avtomobil sahibləri avtomobil aldıqdan 90 gün sonra araşdırmada iştirak edirlər” – deyə, F.Xəlilov bildirib.

Məlumatda qeyd edilir ki, “Hyundai Equus” avtomobili “2011 APEAL” araşdırmasında ən yüksək qiymətə layiq görülüb. Dəyərləndirmə nəticəsində əldə etdiyi 904 xal son 5 il ərzində yeni modellərin əldə etdiyi ən yüksək ikinci nəticədir.

“Equus” həmçinin 900-dan çox xal toplayan yeganə avtomobil olaraq 889 xal toplayan 7-ci seriya “BMW” və 880 xal toplayan “Audi A8” avtomobillərini geridə qoyub.

“Hyundai Sonata” və “Hyundai ix35” modelləri də öz kateqoriyalarında müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Məlumat üçün bidlirək ki, “Hyundai Equus” avtomobilləri Azərbaycanda iki komplektasiyada təklif edilir. 296 at gücü olan 3,7 mühərrik 59 900 AZN, 390 at gücü olan 4,6 mühərrik isə 66 900 AZN qiyməti dəyərindədir.

No comments:

Post a Comment