16.12.11

"Eurovision"la əlaqədar ölkəmiz haqqında yeni reklam çarxı (VİDEO)



"Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı işıq üzü görüb. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun maliyyələşdirdiyi ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva çəkilib.



 2 dəqiqəlik çarx Rusiyanın Shandesign studiyasında hazırlanıb. Ölkəmizi tanıtdıran reklam çarxında təbii sərvətlərimiz nümayiş etdirilir və Azərbaycanın "Odlar Yurdu" adlandırılmasının tarixindən danışılır. Videoda ənənəvi əl işi olan xalçalar, qədim musiqi alətlərimizi, adlı-sanlı Qarabağ atlarını, qədim memarlıq abidələrini və müasir inşaat layihələrini görmək olar.



1 comment: