17.12.11

"Eurovision-2012" müsabiqəsinin milli seçim turunun üçüncü yarımfinalçısı müəyyən olub


İctimai Teleradioda Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun üçüncü yarımfinalçısı məlum olub.



APA-nın məlumatına görə, əvvəlcə bu həftənin 9 iştirakçısı öz performanslarını nümayiş etdiriblər. Bu həftənin birincisi həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Xəyyam Mustafazadə olub.

Üçüncü həftənin 2-si Altun Zeynalov, 3-sü Anar Səfərov, 4-sü Rövşən Əzizov, 5-si Rüstəm Əlləzov, 6-sı Aysel Quluzadə, 7-si Fərid Ramazanov, 8-si Aytac Vəliyeva və 9-su Yelena Kərimova olub.

Hər həftənin sonuncu günündə olduğu kimi yenə də milli seçimlərin xüsusi qonaqları olub. Bu sırada əməkdar artist Tünzalə Ağayeva, modelyer Fəxriyyə Xələfovanın adını qeyd etmək olar. Əməkdar artist Sevda Ələkbərzadə isə öz ifaları ilə seçim iştirakçılarına dəstək olub və onlara mübarizədə uğurlar arzulayıb.

Qeyd edək ki, iştirakçılar çərşənbə axşamından şənbə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 5 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq üç yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Mehriban Sadıqova Xəyyam Mustafazadədir. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

No comments:

Post a Comment