16.12.11

Victoria's Secret qul əməyindən istifadə edirmiş


Defileləri, göz qamaşdıran şouları və gözəl supermodelləri ilə dünyanın ən məşhur modalar evindən birinə çevrilmiş "Victoria's Secret"in indiyədək ciddi-cəhdlə qoruduğu sirləri faş olub.


"Bloomberg" agentliyi bildirir ki, modalar evinin inkişaf etməkdə olan və yoxsul ölkələrdəki müəssisələrində uşaq əməyindən istifadə olunur. Özü də uşaqlar çox ağır şəraitdə, gündə 12-13 saat işlədilir, onlara qəpik-quruş verilir.

Məsələn, Klariss Kembayr 13 yaşlı yetimdir. O, modalar evinin Burkina-Fasodakı pambıq plantasiyalarında çalışır.

Klariss də doyunca yemək, yaxşı paltarlar geymək istəyir. Amma axşamlar iş günü qurtaranda o, başqa uşaqlar təki tarlanın kənarındakı daxmada yatır, səhər də nəzarətçinin şallaq zərbəsi ilə ayılır.

"Burada işləmək çox ağırdır. Başımızın üstündə duran adam "Yetər, iş başa çatdı" deyənə qədər işləməliyik", - Klariss deyir.

Milli.Az

No comments:

Post a Comment