19.4.11

1 kişinin 39 arvadı

Hindistanın Baktvanq adlı kəndində dünyanın ən böyük ailəsi yaşayır.Ailə 181 nəfərdən ibarətdir və onun sayı hələ də artmaqdadır.
Azeriportal-ın verdiyi məlumata əsasən, 67 yaşlı Zioan Çanın 39 arvadı,94 uşağı,33 nəvəsi və 14 gəlii var.Ailə 4 mərtəbəli,100 otaqlı evdə yaşayır.Ayrı otaq yalnız ailə başçısına məxsusdur, digərləri isə böyük zallarda yaşayırlar.Ailənin öz məktəbi,bağçası və emalaxanaları var.Zioan Çan fəxr edir ki, ailəsini dövlət yardımı olmadan dolandırmağı bacarır.Ailədəki bütün kişilər dülgərlik və dəmirçiliklə məşğul olurlar.

Qadınlara Zioanın ən böyük arvadı olan 69 yaşlı Zatianc nəzarət edir.Hər gün 30 toyuq öldürülür və bişirilir,60 kq kartof və 100 kq düyü hazırlanıb.Mətbəxdə iş bir an belə dayanmır.
Ailədə mehribançılıq hökm sürür.Arvadlar növbə ilə Zioana qulluq edirlər.Gənclik illərində Zioan ümumiyyətlə evlənmək istəməyib.Çünki, atasının 7 arvadı necə çətinliklə saxladığının şahidi olub.

İndi onun atasından 5 dəfə çox arvadı var və gələcək üçün əsas planı ABŞ-dan olan qadınla ailə həyatı qurmaqdır.

Mənbə: Azeriportal.net

No comments:

Post a Comment