Qanunlar cəmiyyətdə qayda-qanun və sabitlik yaratmaq üçün nəzərdə tutulmuşdur.Lakin bəzən elə axmaq və qəribə qanunlara rast gəlmək mümkündür ki, özünü gülməkdən saxlaya bilmirsən. Onlardan bəziləri ilə sizləri tanış edirik.
-Geyimdə olan qadının çılpaq ayaqlarına baxmaq qadağandır.Əks halda həbsxanaya düşmək mümkündür.
-Ohayo ştatında balıqlara (!) spirtli içki təklif etmək qadağandır (ayaq üstündə dura bilmirlər axı).
-Nyu-Yorkda qadına ictimai yerdə sinəsi açıq olmağa icazə verilir.Bir şərtlə ki, bu kommersiya marağı daşımır.
-Alyaska qanunları şimal marallarına yolun ortasında sekslə məşğul olmağı qadağan edir.
-Ayı ovlamağa icazə verildiyi mövsüm ərzində, onları ovlamaqdan qabaq şəklini çəkmək qadağandır.
-Dəmiryolu xəttləri üzərində öpüşmək qadağandır.
-Aydaxo ştatında dəvənin üstündə oturaraq balıq ovlamaq qadağandır.
-Çimərliyə ayı gətirmək qadağandır!
-Sent-Luis ştatında yanğınsöndürənin gecə geyimində olan qadını xilas etməsi qadağandır.Xilas olunmaq üçün qadın ilk növbədə üst geyimini geyməlidir.
-Nyu-Yorkda hündür binaların üzrəindən tullananları ölüm cəzası gözləyir (əgər sağ qalsa).
-İtaliyanın Syena şəhərində Mariya adlı qadınların fahişəliklə məşğul olması qadağandır !
-İsveçrədə mənzillərdə yaşayanlara axşam saat 10-dan sonra ayaq yolunda suyu buraxmağa icazə verilmir.Əks halda cərimə tətbiq edilir.
-Nyu-Meksiko ştatında qadınların ictimai yerlərdə “qırxılmamış” görünməsi qadağandır.
-İngiltərədə şəhər merinə “mister mer” deyə müraciət etmək lazımdır (hətta mer qadın olsa belə).
-Portuqaliyada yağmurlu və ya küləkli hava şəraitində işə gəlməmək üzrlü hesab olunur (artıq Portuqaliyaya istəyirsiniz?).
Mənbə: Azeriportal.net
No comments:
Post a Comment