Amerikanın Florida ştatının Bredenton şəhərindən olan Adel Edvards özünü divan yeməkdən saxlaya bilmir.31 yaşlı və 5 uşaq anası olan Adelə həkimlər çox nadir sindrom olan Pika diaqnozunu qoyublar.
Azeriportal.net-in verdiyi məlumata əsasən, 21 ildir divan yeyən Adelin bu xəstəliyi son vaxtlar daha da ağırlaşıb və o həkimə müraciət etmək qərarına gəlib.Son bir neçə ildə 3 divanı yeyib qurtarmış Adel bu xəstəliyin qarşısını ala bilməsə hər şey onun üçün faciəvi sonluqla bitə bilər.
Pika sindromu kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda rast gəlinən nadir xəstəlikdir.İnsan bədənində müəyyən maddələrin çatışmazlığı yarananda insanda təbaşir,qəpik,batareyə və hətta palçıq kimi qeyri-qida elementlərinə maraq oyanır.
Bu xəstəlik bəzən stress zamanı da yarana bilər.Adelin sözlərinə görə, ilk dəfə divanın 10 yaşında olanda, valideynləri boşanmaq ərəfəsində ikən dadına baxıb.Onun böyük qardaşı zarafatyana divandan bir hissə ayıraraq ağzına atıb və bundan sonra Adeldə divanın dadına baxmağa həvəs yaranıb.
Əgər həkimlər Adeli müalicə edə bilməsələr, o çox güman ki, öləcək.Son vaxtlar mədənin porolonu həzm edə bilməməsilə əlaqədar Adeldə kəskin ağrılar yaranıb və həkimlər əməliyyat keçirərək mədədəki həzmə yararsız olan porolonu çıxarmaq qərarına gəliblər.
Mənbə: Azeriportal.net
No comments:
Post a Comment