16.4.11

Həyətindəki hovuzundan timsah çıxdı

ABŞ-ın Florida ştatında bir ailənin yaşadığı villanın hovuzundan timsah çıxıb.
 

Lent.az xəbər verir ki, həyətdəki itin hürməsi ilə çölə çıxan ev sahibi hovuzun kənarına gələndə gözlərinə inanmayıb. Hovuzda uzunluğu 3 metr olan timsahı görüb. Dərhal aidiyyəti orqanlara xəbər verilib. Həmin timsah yatırdılaraq öldürülüb. Heyvanın hovuza necə gəlməsi araşdırılır. 



Qeyd edək ki, ABŞ-da 1,5 metrdən yuxarı olan timsahlar bu şəkildə öldürülür, dərisi və ətindən əldə edilən gəlir isə heyvanı tutana verilir.


Mənbə: lent.az

No comments:

Post a Comment