16.4.11

Revmatizmin əsas səbəbi stress imiş...

Milli.Az xəbər portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, onurğa stununda, dizlərdə. boyunda, çiyinlərdə, bədənin əzələ olan istənilən hissəsində ağrıların yaranmasına səbəb olan revmatizm xəstəliyinin əsas səbəbini araşdıran alimlər bu xəstəliyə stressin səbəb olduğu qənaətinə gəliblər.



Müalicəsi olmayan stress ilkin əlamətlərini depressiya ilə nümayiş etdirsə də daha ağır nəticələri revmatizm xəstəliyi ilə nəticələndikdə verir. Aparılan statistik araşdırmalara görə dünya üzrə revmatizm xəstəliyindən əziyyət çəkənlərin əksəriyyətini qadınlar təşkil edir. Xüsusən, baxımlı və təmizkar xanımların stresə məruz qalaraq sağlamlığının revmatizm xəstəliyinə yönləndirilməsi son illər ən çox rast gəlinən hala çevrilib. Bu səbəbdən də həkimlər bu problemi yaşayan xəstələrə həkimlə yanaş,ı psixoloqa da müraciət etməyi məsləhət görüblər.

Milli.Az

No comments:

Post a Comment